Deputat: “Erməni lobbisi Azərbaycanın mövqeyinin güclənməsini narahatdır”

"Avropa Parlamenti ilə bizim əməkdaşlıq komitəmiz mövcuddur. Amma təəssüf ki, həmin komitə tərəfindən qeyri-ciddi yanaşmaya görə demək olar ki, Avropa-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi çərçivəsində heç bir ciddi iş görülməyib. Dəfələrlə bəyan etmişik ki, biz həmin əməkdaşlıq komitəsinin daha canlı, daha məqsədyönlü olmasını və qanunlarla bağlı olan məsələləri müzakirə etmək istəyirik". Bunu deyən millət vəkili Fuad Muradovun sözlərinə görə, Avropa Parlamentində bəzi dairələr var ki, onlar daima bu gərginliyi saxlamaq istəyirlər: "Təşkilatdakı müəyyən qruplar Azərbaycanla bağlı heç bir əsası olmayan fikirlər səsləndirirlər. Birincisi Azərbaycan Avropanın enerji təhlükəsizliyi ilə bağlı çox ciddi işlər həyata keçirir. Əminəm ki, o dairələr buna da qarşıdırlar. İkincisi, Azərbaycan stabil ölkədir. Oradakı qüvvələr regionda stabilliyi istəmirlər. Üçüncüsü, bu gün erməni lobbisi çox fəaldır. Erməni lobbisi Azərbaycanın mövqeyinin güclənməsini narahatlıqla qarşılayır və hiss edir ki, yaxın zamanda işğal altındakı torpaqlarımızı qaytaracağıq. Erməni lobbisi bununla bağlı qeyri-siyasi dairələrlə birləşərək Azərbaycana qarşı belə mövqe sərgiləyir". Biz Avropa təşkilatlarından yalnız bərabərhüquqlu əməkdaşlığın həyata keçirilməsini istəyirik. Bu baş verəcəksə, fəaliyyətimizi davam etdirəcəyik. Bu seçim onların üzərinədir. Biz onlarla əməkdaşlığa hazırıq və imkanlarımız da var. Biz iş istəyirik, onlar tərəfindən bəyanatların səslənməsini yox".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00