“İsa Qəmbər Arif Hacılını dəstəkləməklə özünü hörmətdən saldı” – Akif Nəcəfli
7 İyul 2015 17:45 SiyasətADR Hərəkatı MNTK üzvü Akif Nəcəfli Müsavat Partiyasının son Məclisində başqan Arif Hacılının təşkilat sədri Qubad İbadoğlu haqqında səsləndirdiyi fikirlərə və sabiq başqan İsa Qəmbərin ona dəstək verməsinə münasibət bildirib. Orta məktəbdə yaxşı oxuyan şagirdlər içində əzbərçilərin çox olduğunu deyən A. Nəcəflinin sözlərinə görə, onlar dərsi əla bilsələr də teorem və eynilikləri məsələ və misalda tətbiq etməkdə çətinlik çəkərlər: "Mütləq kimsə yardım etməlidir. Bilikli şagirdlərə kin bəslər, lazım gəldikcə pisliklər edərlər. Arif Hacılı da əzbərçi şagird durumundadır. Bir-iki siyasi termin əzbərləmək siyasətçi olmaq demək deyil. Piket, mitinq keçirmək, hər seçkidən sonra bəyanat verməkdən başqa nə bilir? Qubad bəyi gör nədə suçlayır? Ətrafına bax, Qubad bəyin də? Müsavatın düşüncə sahibləri ADR hərəkatındadır. ADR qısa zamanda gördükləri tədbirə baxın. Müsavat partiyası qurultaydan sonra hansı tədbiri keçirib?". Akif Nəcəflinin sözlərinə görə, İsa Qəmbər milli hakimiyyətin sükutu vaxtı parlamentdəki çıxışıyla çoxlarının ürəyini fəth etdi: "İllər boyu qazandığı hörmət və liderliyi Arif Hacılını dəstəkləməklə bitirdi". ("OLAYLAR" İA)