Ceyms Uorlik: "Həmsədrlər Fransa və Rusiya ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində işləməyə sadiq olduğumuzu bir daha eşitdilər”

ATƏT-in Minsk qrupu həmsədrləri Vaşinqtonda səfərdədirlər

"Vaşinqtonda görüşlər zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ-ın Fransa və Rusiya ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində işləməyə sadiq olduğunu bir daha eşitdilər". APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik özünün "twitter" səhifəsində yazıb. Xatırladaq ki, ATƏT-in Minsk qrupu həmsədrləri Vaşinqtonda səfərdədir. Ötən gün Ceyms Uorlik onların Müdafiə Nazirliyi, Dövlət Departamenti və Milli Təhlükəsizlik Şurasında görüşlər keçirəcəyini bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00