“Arif Hacılı illərlə görülmüş işlərin üzərindən xətt çəkdi”
Məlahət Mürşdülü: “Uğursuzluqlarda başqasını suçlamaq onun şakəridir”
7 İyul 2015 15:27 Siyasət"Həqiqəti danmaq, uğursuzluqlarında başqasını günahlandırmaq kimi davranış sərgiləmək Arif Hacılıya xas olan keyfiyyətdir". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə ADR Hərəkatının sədr müavini Məlahət Mürşdlü çıxış edib. "Bilmirəm kürsüdəndir, nədəndir bəzi adamlar ora çıxdıqda öz sözlərinə, səslərinə, jestlərinə o qədər vurulurlar kı, nə danışdıqlarının fərqində deyillər. Düşünürlər ki, dedikləri doğrudur. Müsavatın Məclisində də növbəti dəfə bu hal baş verib. İllər boyu görülmüş işlərin üstündən xətt çəkmək, həqiqəti danmaq, uğursuzluqlarında başqasını günahlandırmaq kimi davranış sərgiləmək Arif Hacılıya xas olan keyfiyyətdir ki, o bunu növbəti dəfə etdi. İqtisadiyyat Komissiyasının 2002-2012-cu illər arasındakı fəaliyyəti danılmazdır. Baxmayaraq ki, Qubad İbadoğlu 2006-cı ildən Komissiyanın sədri deyildi. Amma bununla belə onun fəaliyyətində yaxında iştirak edirdi. Əlbəttə, bunları başqan bilməmiş deyil. Amma maraqlı budur ki, Məclis üzvləri onların şüuruna sırınan bu yalanlara bir seyrçi kimi yanaşdılar. Axı orada hələ az da olsa öz sözünü deyən, mövqeyini qoyan, həqiqətin yanında olan adamlar vardır. İntellektual mübarizədən danışırlar! Bəli, biz bu mübarizənin tərəfdarıyıq. Az müddət ərzində bu istiqamətdə bir sıra tədbirlər keçirilmiş, təkliflər hazırlanaraq aidiyyatı olan qurumlara təqdim edilmişdir. Bu tədbirlərdə ölkənin tanınmış ekspertləri iştirak etmişdir ki, bu da Hərəkata olan marağın, dəstəyin göstəricisidir.Bu məsələdə bizə tutulan irad da, qınaq da uğursuzdur. Onlar unutmasınlar ki, ADR Hərəkatı siyasi partiya deyil, ictimai qurumdur, işini siyasi bəyanatlar əsasında qurmur və öz Nizamnaməsinə uyğun fəaliyyət göstərir", - deyə M. Mürşüdlü qeyd edib.