KXCP Parlament seçkilərinə hazırlaşır
7 İyul 2015 13:55 Siyasət"KXCP Parlament seçkilərinə hazırlaşır". Bu barədə "Olaylar"a KXCP sədrinin müavini Xəzər Teyyublu məlumat verib. X. Teyyublu hal-hazırda partiyanın özünün III Qurultayına hazırlaşdığını bildirib: "Partiya təşkilatlanma və Qurultaya hazırlığa paralel olaraq, qarşıdan gələn parlament seçkilərinə hazırlıq işlərini də aparır. KXCP seçkilərdə iştirak etməyi planlaşdırır. Hal-hazırda seçki dairələri üzrə namizədlərin müəyyən edilməsi prosesi gedir. Əsasən cəmiyyətdən səs toplamağı bacaran, tanınmış, ziyalı namizədlərə üstünlük veririk. KXCP eyni zamanda "Azadlıq 2015" seçki blokunda təmsil olunur. Bu bloka daxil olan partiyaların namizədlərini seçkilərdə dəstəkləyəcəyik". ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00