Müxalifət İctimai Palatanı bərpa edir?

“Belə bir qurum artıq yoxdur”

Azərbaycanda 2010-cu ildə keçirilmiş parlament seçkilərində məğlub olmuş bir qrup siyasətçi və müstəqil namizədlər tərəfindən yaradılmış İctimai Palatanın yenidən bərpa olunacağı ilə bağlı redaksiyamıza xəbər daxil olub. Artıq müxalif düşərgəni təmsil edin bir sıra partiyaların İP-in bərpası üçün yenidən danışıqlara başladıqları bildirilib. Bu da səbəbsiz deyil. Belə ki, bir sıra müxalifət partiyaları bu ilin noyabrında keçiriləcək parlament seçkilərinə İctimai Palata formasında qatılmağı düşünürlər. "Olaylar" bu barədə İP-də təmsil olunmuş KXCP-nın sədr müavini Xəzər Teyyublunun fikirlərini öyrənib. Bu barədə KXCP-də hansısa məlumatın olmadığını deyən X. Teyyublu İctimai Palata adlı qurumun artıq fəaliyyət göstərmədiyini bildirib: "Belə bir qurum artıq yoxdur". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00