Həmsədrlər Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsini müzakirə edirlər
6 İyul 2015 18:36 SiyasətATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) Vaşinqtondadırlar. Trend-in məlumatına əsasən, bu barədə C.Uorlik "Twitter"dəki səhifəsində yazıb. Diplomatın sözlərinə görə, həmsədrlər ABŞ Müdafiə Nazirliyində, eləcə də Milli Təhlükəsizlik Şurasında keçirəcəkləri görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00