Müharibə hər an gözləniləndir

Deputat: “Bu, Azərbaycan dövlətinin hüququdur”

"Ermənistan 20 ildən çoxdur ki, torpaqlarımızı işğal edib və danışıqlar yolu ilə sülhə gəlmək istəmir. Belə vəziyyət davam etsə, Azərbaycanın başqa yolu qalmayacaq". Bunu deyən millət vəkili Elman Məmmədovun sözlərinə görə, erməni tərəfi xoşluqla işğal etdiyi torpaqlarımızdan çıxmasa, Azərbaycan müharibə yolu ilə işğalçıları qovacaq: "Azərbaycan uzun illərdir müharibə vəziyyətində olduğu üçün artıq güc yoluna əl atmağa məcbur qala bilər. Çünki nə işğalçı dövlət özü, nə də beynəlxalq təşkilatlar bu yöndə müsbət addım atmır. Müharibə hər an gözləniləndir. İki ordu üz-üzədirsə demək müharibə qaçılmazdır. Səbrimiz artıq tükənib. Müharibə olsa, məsuliyyət Azərbaycanın üzərinə deyil, işğalçı Ermənistanın, Azərbaycanı bu varianta təhrik edən vasitəçi, həmsədr dövlətlərin, beynəlxalq təşkilatların üzərinə düşəcək. Azərbaycan öz torpaqlarında yuva salmış cinayətkar qrupları təmizləməkdən ötrü hər an müharibə edə bilər. Bu, Azərbaycan dövlətinin hüququdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00