Milli QHT Forumu bəyənat qəbul edib

ABŞ-ın Azərbaycanda gizli çevriliş planı ilə əlaqədar

Azərbaycan Milli QHT Forumu ABŞ-ın Azərbaycanda gizli çevriliş planı və özünü qondarma seperatçı rejimin başçısı kimi təqdim edən Bako Saakyan adlı şəxsin Böyük Britaniyaya səfərini və "Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu"nda 8 iyul 2015-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirdə iştirakına etiraz bəyanatı qəbul edib. Bəyənatda bildirilir ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və onun siyasi məsələlər üzrə müşaviri Syuzan Çesli yaxın bir neçə ay ərzində müxalifətin radikal qanadının bir çox üzvləri ilə ciddi görüşlər keçirib və bu ideyaların gerçəkləşməsi üçün ABŞ Dövlət Departamentinin Azərbaycan müxalifətinə maddi və mənəvi dəstək verəcəyi xüsusi olaraq vurğulanmışdır: "Amerikanın Azərbaycanda səfiri olaraq, Robert Sekuta Amerika ilə dostluq münasibətlərin ədalətli münasibət olaraq inkişafı etdirilməsi əvəzinə, ölkəmişdə sabitliyin pozulması məqsədilə müxalif qüvvələrə müxtəlif vədlər verməsi beynəlxaq hüquq prinsiplərinə zidd addım olmaqla yanaşı, ölkəmizdə sabitliyi pozmağa cəhd göstərən addım olaraq dəyərləndirilməlidir. Hesab edirik ki, Amerikanın Azərbaycanda səfirinin və onun siyasi məsələlər üzrə müşaviri Syuzan Çeslinin fəaliyyətləri Azərbaycan-Amerika münasibətlərinə gölgə salmaqla yanaşı, Azərbaycanda əmin-amanlığın pozulmasına cəhd kimi dəyərləndirirlir". Növbəti bəyənatda isə bildirilir ki, sıralarında 658 QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumu olaraq Azərbaycan Respublikasının işğal olunmuş ərazilərdə yaradılmış qondarma seperatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Böyük Britaniyaya səfərini və "Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu"nda 8 iyul 2015-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirdə iştirakına etiraz edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00