ATƏT PA-nın yeni baş katibi seçilib
6 İyul 2015 12:16 SiyasətATƏT Parlament Assambleyasının (PA) yeni baş katibi seçilib. Trend bu barədə təşkilatın rəsmi saytına istinadən xəbər verir. ATƏT PA-nın baş katibi İtaliyadan olan parlamentar Robert Montella olub. R.Montella iyulun 5-də ATƏT PA-nın növbəti sessiyası çərçivəsində Helsinkidə keçirilən Daimi Komitənin iclasında seçilib. R.Montella vəzifəsinin icrasına 2016-cı ilin yanvarın 1-dən başlayacaq.
Qeyd edək ki, ATƏT PA-nın baş katibi 5 il müddətinə seçilir. Bir şəxs bu vəzifəyə ardıcıl olaraq 2 dəfə seçilə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00