Müdafiə nazirinin Latviyaya rəsmi səfəri başlayıb
3 İyul 2015 12:28 SiyasətLitvaya rəsmi səfəri başa çatdıqdan sonra Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviyaya yola düşüb. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, nazir Latviyanın yeni seçilmiş Prezidenti, iyulun 8-dən prezident vəzifələrinin icrasına başlayacaq hazırkı müdafiə naziri cənab Raymonds Veyonisin dəvəti ilə iyulun 3-dən 4-dək Latviyada rəsmi səfərdə olacaq. Səfərdə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və müdafiə məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00