Səfirlik: Britaniya qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır

Böyük Britaniya qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır və ölkə hökumətinin onun nümayəndələri ilə heç bir əlaqəsi yoxdur. Trend xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Bakıdakı səfirliyinin yaydığı məlumatda deyilir. Səfirlik məlumatı separatçı rejimin rəhbəri Bako Saakyanın Britaniyaya mümkün səfəri ilə əlaqədar yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00