Zakir Həsənov Litva və Latviyaya gedib
1 İyul 2015 15:41 SiyasətMüdafiə naziri general-polkovnik Zakir Həsənov Litva və Latviyaya rəsmi səfərə gedib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, müdafiə naziri iyulun 1-dən 2-dək Litvada və iyulun 2-dən 4-dək Latviyada səfərdə olacaq. Hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00