Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin üzvləri Azərbaycan prezidentinin fəxri diplomu ilə təltif edilib

Azərbaycan prezidenti İlham Əliyev Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin üzvlərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin üzvləri Kikis Lazarides, Rafael Paqnozzi və Yanez Koçiyançiç I Avropa Oyunlarının təşkili və uğurla keçirilməsində səmərəli fəaliyyətlərinə görə təltif ediliblər. Dövlət başçısının digər sərəncamı ilə "Bakı 2015" Avropa Oyunları üzrə Koordinasiya Komissiyası sədrinin müavini Zlatko Matesa I Avropa Oyunlarının təşkili və uğurla keçirilməsində səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00