Əli Həsənov “Universitetin dostu” mükafatına layiq görüldü
29 İyun 2015 17:20 SiyasətBu gün Bakı Dövlət Universitetində "Azərbaycan milli mətbuatı - 140: "Əkinçi" ənənələri və müasir jurnalistika" mövzusunda elmi-praktik konfrans keçirilib. Azadinform xəbər verir ki, konfransda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, KİV rəhbərləri, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti iştirak edib. Çıxışlardan sonra bir sıra mətbuat nümayəndələri BDU-ya informasiya dəstəyi verdikləri üçün xatirə mükafatlarına layiq görülüblər. BDU-nun yetirməsi və universitetə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Universitetin dostu" mükafatına layiq görülüb.