“Sərkisyan çıxış yolu üçün Qarabağda münaqişəni qızışdıra bilər”
Rəfail Becanov: “Bu dəfə erməni ordusunun itkiləri əvvəlkindən saysız dərəcədə çox olacaq”
29 İyun 2015 17:06 Siyasət"Baş verən hadisələr Ermənistandakı sosial-iqtisadi vəziyyətin gərgin və problemli olmasından doğan bir məsələdir". Ermənistanda keçirilinən anti-hakimiyyət mitinqləri barədə "Olaylar"a açıqlamasında İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov belə deyib. R. Becanovun sözlərinə görə, Ermənistan iqtidarının elektrik qiymətlərini qaldırması barədə qərarı xalqın ayağa qalxmasına stimul verdi: "Hətta, Ermənistanın quldur hakimiyyəti geri çəkilsə belə, aksiyalar dayanmadı. Son məlumatlara görə, aksiyaçılar erməni polisi tərəfindən mühasirəyə alınıb. Bu da onu göstərir ki, Sərkisyan rejimi qonşu dövlətlərə qarşı etdiyi təcavüzkarlığını öz xalqına qarşı da sərgiləməyə hazırdır. Çünki bu rejimin başında duran Sərkisyan - dünyanın vəhşi, qaniçən obrazlarının nümunələrindən biridir. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ ərazisində tökülən qanların səbəbkarlarından biri də Sərkisyandır. O, həmçinin Azərbaycan torpaqlarının işğal edilməsinin ideoloqlarındandır. Bu baxımdan Ermənistanda davam edən vəziyyət xunta rejimi ilə xalq arasında ciddi problemlər yaradır. Təbii ki, bu problemlər davamlı olacaq. Rejim indi bu etirazları susdursa belə, Ermənistanın sahib olduğu problemlər xalqlar rejim arasındakı münaqişəni yenidən alovlandıracaq və dərinləşdirəcək. Nəticədə Ermənistan xaosa sürüklənəcək. Təbii ki, proseslərdə geosiyasi amillər də mühüm rol oynaya bilər. Sərkisyan vəziyyətdən çıxmaq üçün daxildə pozuculuq işlərini davam etdirə, işğal olunmuş ərazilərdə atəşkəs rejiminin pozulmasını gündəmə gətirə bilər. Bununla çalışacaq ki, öz hakimiyyətinin ömrünü uzatsın. Keçən ilin avqust ayında Ermənistanın təxribatı nəticəsində cəbhə bölgəsində gərginlik yaranmışdı. Amma Azərbaycan ordusu və dövləti bunun layiqli cavabını verdi, prosesin qarşısı alındı. Hətta, Ermənistanın itkilərinin sayı müqayisəolunmaz dərəcədə böyük oldu. Bu da bizə əsas verir ki, əgər daxildə olan münaqişəni dayandırmaq üçün onu xaricə daşımaq istəsə, Ermənistan bunun layiqli cavabını alacaq. Bu dəfə Ermənistan ordusunun itkiləri əvvəlkindən saysız dərəcədə çox olacaq". ("OLAYLAR" İA)