NATO 30 ilin ən böyük hərbi təlimlərinə hazırlaşır
25 İyun 2015 17:23 SiyasətNATO 1985-ci ildən sonra ilk dəfə olaraq, ən böyük hərbi təlimini keçirməyə hazırlaşır. NATO rəsmisi Trident Kuntur "PAP"a açıqlamasında, "Responce Force" adlanan manevlərə 30 ölkədən 30 min hərbçinin qatılacağını bildirib. O, bunun "soyuq müharibə"dən sonra Şimali Atlantik Alyansının ən böyük manevrlərinin olduğunu deyib. Təlimlərdə 15 hərbi sualtı gəmi də daxil olmaqla 50-dən çox döyüş gəmisi, 120 təyyarə və 50 vertolyot iştirak edəcək. Manevrlərin ilkin mərhələsi qərargah səviyyəsində, ikinci mərhələsi isə poliqonlarda olacaq. ("OLAYLAR İA")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00