“Rusiya Ermənistanda siyasi çevriliş edə bilər”
Elçin Mirzəbəyli: “Bu ssenari Şimaldan idarə olunur, Qərbdən yox”
25 İyun 2015 16:27 Siyasət"Ermənistanda bu gün gedən proseslər əslində çoxdan davam edən qarşıdurmanın nəticəsidir, yeni hadisə deyil". Ermənistanda başlayan mitinqlər barədə "Olaylar"a açıqlamasında BAXCP sədrinin müavini Elçin Mirzəbəyli belə deyib. Ermənistanda bıçağın çoxdan sümüyə dirəndiyini deyən E. Mirzəbəylinin sözlərinə görə, Ermənistanı iflas həddinə gətirən hadisələrdən, iqtisadiyyatın məhv olmasından, sosial problemlər ən pik həddə çatdıqdan sonra belə bir qarşıdurma gözlənilən idi: "Proseslərin birmənalı şəkildə indiki şəraitdə hakimiyyət dəyişikliyinə səbəb olacağını düşünmək doğru olmazdı. Sərkisyan rejimi çevrilişin qarşısını almaq üçün ən sərt addımlara belə gedəcək. Rusiya Ermənistanda hakimiyyət dəyişikliyində maraqlı olacaqsa və Sərkisyan rejiminin getməsini istəyəcəksə, şübhəsiz bu da baş verəcək. Çünki, Ermənistandakı siyasi qüvvələrin hamısı faktiki olaraq, Rusiyanın nəzarəti altındadır. Həm Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi, eyni zamanda mövcud hakimiyyətə nəzarəti də Rusiya həyata keçirir. Bu proseslərin Qərb tərəfindən stimullaşdırıldığı, "Narıncı inqilablar ssenarisi" əsasında baş verdiyini iddia edənlərin fikirlərini bölüşmürəm. Qənaətimə görə, indiki şəraitdə Ermənistanda "Narıncı inqilab" ola bilər, amma bu ssenari Şimal tərəfindən idarə olunur, nəinki Qərbdən". ("OLAYLAR" İA)