Novruz Məmmədov: “İrəvanda baş verənlərin onda biri Bakıda olsaydı, bizim “qayğımızı çəkənlər” bir ay susmazdılar”

“İkili standartların göstəricisi budur”

"İrəvanda baş verənlərin onda biri Bakıda olsaydı, bizim "qayğımızı çəkənlər" bir ay susmazdılar".

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb.

"Amma indi CNN, BBC, "Guardian", "Independent", "Amnesty İnternational", HRW, "Freedom House" və digərləri görün necə susurlar. İkili standartın göstəricisi budur. Çünki Ermənistan müsəlman ölkəsi deyil", - deyə N. Məmmədov söyləyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00