Qulu Quliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib
24 İyun 2015 20:11 SiyasətPrezident İlham Əliyev Qulu Quliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Qulu Böyükağa oğlu Quliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00