“İbrahimbəyov və Cəmil Həsənli Dağlıq Qarabağdakı mənafelərimizi satdılar” - Rauf Arifoğlu
24 İyun 2015 15:12 Siyasət"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Milli Şura sədri Cəmil Həsənlinin söügedən qurumuş keçmiş başçısı Rüstəm İbrahimbəyovun ermənilər və Krım barədə qalmaqallı fikirlərinə dəstək verməsi barədə danışıb. "Olaylar"ın məlumatına görə, R. Arifoğlu hər ikisi şəxsi Azərbaycanı biabır etmək ittiham edib. ""Krım Rusiyanındır" demək Ukrayna demokratlarını satmaqdır, ya deyil? Buna cavab versinlər. Bütün demokratiya paytaxtları deyir ki, Krım Rusiya tərəfindən işğal olunub. Biz deyirik ki, Krım tarixi türk torpağıdır, lakin indi Ukraynanındır. Rüstəm İbrahimbəyov və Cəmil Həsənli deyirlər və yazırlar ki, "Krım Rusiyaya məxsusdur". Və bunu deyən "Azərbaycanın əsas, ən radikal" müxalifəti olduğunu iddia edən qurumun rəhbərləridir. Azərbaycanı da dünyadabiabır edirlər.Bununla da Azərbaycan üçün də Rusiya ilə savaşan və övladlarını şəhid verən Ukrayna xalqını, demokratiyanın prinsiplərini, Dağlıq Qarabağdakı mənafelərimizi satmış olurlar. Dediyimiz budur. Krımın işğalına haqq qazandırmaq Qarabağın işğalına haqq qazandırmaqdır, əziz, hörmətli, sayğıdəyər Cəmil Həsənli", - deyə "Yeni Müsavat"ın baş redaktoru qeyd edib.