“Sürətlə dollarlaşan əmanətlər banklar çətinliklər yaradır” – Ekspert
24 İyun 2015 12:54 Siyasət"Bankların dollarla əmanətlərin faiz dərəcəsini aşağı salınması istiqaəmətində apardığı siyasət mövcud zərurətdən irəli gəlir". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə iqtisadçı-eskpert, ADR Hərəkatının sədri Qubad İbadoğlu çıxış edib. "Sürətlə dollarlaşan əmanətlər həm banklar və həm də bütövlükdə iqtisadiyyat üçün ciddi çətinliklər yaradır. Mərkəzi Bankın bu ilin may ayına açıqladığı məlumata əsasında cəmi depozit bazasının valyutalar üzrə struktur təhlili göstərir ki, dollarla olan əmanətlərin ümumi əmanətlərdə payı 73,34 faiz təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 49,8 faiz olub. Faiz dərəcələrinin aşağı salınması ilə bağlı gedən proseslər bir tərəfdən dollarla kreditlərin faiz dərəcələrinin aşağı salınmasını şərtləndirsə də digər tərəfdən dollarla olan əmanətlərin qara bazarının formalaşmasını və xarici kapitalın ölkədən axını kimi mənfi tendensiyaların yaranmasını da stimullaşdıra bilər", - deyə Q. İbadoğlu qeyd edib.