Azərbaycan QHT-si Almaniya Bundestaqına məktub gцndərdi
23 İyun 2015 15:33 Siyasət"Ekenomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifovun "Tarixin güzgüsündəki alman cinayətləri" adlı məqaləsi xarici dillərə tərcümə edilərək müvafiq ünvanlara göndərilib. Birlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, məqalədə bəzi ölkələrin və müxtəlif təşkilatların Azərbaycana qarşı tutuduğu ədalətsiz mövqe tənqid olunur və qərəzli davranşları doğuran səbəblərdən söz açılır. Məqalədə Azərbaycanda "insan haqlarının vəziyyəti"nə dair Almaniya Budestaqında qəbul olunmuє qətnamənin ortaya çıxmasını şərtləndirən amillər ardıcıllıqla göstərilməklə bu sənədin Azərbaycandakı real vəziyyətlə üst-üstə dьєmədiyi konkret faktlarla ortaya qoyulub. Məqalənin əsas xəttini isə ötən əsrin əvvəllərində Almaniyanın bəєəriyyətə bəxє etdiyi iki bцyьk mьharibəyə dair tarixi reallıqlar təєkil edir. Mьəllif qeyd edir ki, bu gün "insan haqları", "demokratiya" adı altında Azərbaycana təzyiq göstərib öz maraqlarını təmin etməyə çalışan Amaniya ötən əsrin 30 ili ərzində dünyanı fəlakət burulğanında saxlayıb, milyonlarla günahsız insanın haqqı və hüququ onların özü ilə bərabər konslagerlərdəki sobalarda və qaz kameralarında yandırılıb. Məqalədə vurğulanır ki, tarixin qan yaddaşının möhkəmlənməsində misilsiz "əməyi" olmuє Almaniya təkcə İsrail xalqına deyil, bütövlükdə insanlığa qarşı soyqırım həyata keзirib və bu cinayəti butün acıları ilə yaşamış xalqlar arasında azərbaycanlılar da var.
Məqalənin xarici dilə tərcümə olunmuş forması diplomatik nümayəndəliklərə, o cümlədən Almaniya kansleri Angela Merkelə, Bundestaqa və bu ölkənin Azərbaycandakı səfirliyinə göndərilib.