“Milli Şura və AXCP Qaqik Tsarukyandan maliyyə dəstəyi alırlar”
Seymur Süleymanov: ““Azadlıq” “İrs” və “Çiçəklənən Ermənistan” partiyaları adınan çıxış edir”
23 İyun 2015 15:25 Siyasət"Azərbaycanın radikal müxalifətində işğalçı Ermənistandan əmr alan yeganə siyasi partiya AXCP-dir". "Olaylar"a açıqlamasında politoloq Seymur Süleymanov belə bir iddia ilə çıxış edib. S. Süleymanovun sözlərinə görə, Milli Şuranın keçmiş sədri Rüstəm İbrahimbəyov "The New Times"a müsahibəsində erməniləri azərbaycanlıların dostu adlandırması ilə Qərbdən dəstək alıdığı müəyyən siyasi diaərlərə mesaj verib: "Özünü Qərbə sülhsevər biri olduğunu göstərmək üçün, bu cür sözləri dilə gətirdiyini düşünürəm. Əli Kərimli və Cəmil Həsənli də Ermənistanda güclü nüfuzu olan müxalifət partiyaları - "İrs" və "Çiçəklənən Ermənistan"ın maraqlarına xidmət edən vətən xainləridir. Bu partiyalar Qərbdən maliyyələşirlər. İndiki halda Əli Kərimli və Cəmil Həsənliyə Ermənistandan güclü dəstək də bu partiayalardan gəlir. AXCP, Milli Şura, Rüstəm İbrahimbəyov məhz "Çiçəklənən Ermənistan" Partiyasının keçmiş sədri, oliqarx Qaqik Tsarukyan tərəfindən hərtərəfli dəstək alırlar. "Azadlıq" radiosu və eyniadlı qəzet işğalçı Ermənistanla bağlı hər yazısında "İrs" və "Çiçəklənən Ermənistan" partiyaları adınan çıxış edərək, işğalçı hakimiyyətə sərt tənqidlər ünvanlayır. Buradan da aydın olur ki, Əli Kərimli və partiyası ən böyük dəstəklərindən birini erməni lobbisi və Qərbdəki müəyyən dairələrdən alır. Rüstəm İbrahimbəyovun son müsahibəsində ermənilərlə bağlı dedikləri xoş sözlər də bundan qaynaqlanır. İbrahimbəyovun dediklərinə yüksək xal verən Cəmil Həsənli, beləcə Qərbdən gələn tələbi yerinə yetirərək öz işini görmüş oldu. "İrs" Partiyasının sədri Raffi Ovanesyan isə, Ermənistanda nəşr olunan qəzetlərindən birinə verdiyi açıqlamda, 2013-cü il Azərbaycanda keçirilmiş prezident seçkiləri üçün Cəmil Həsənlinin prezidentliyə namizədini müsbət hal kimi qarşılayaraq, AXCP-yə və Milli Şuraya uğurlar arzulamışdı. Beləliklə, birmənalı olaraq, Əli Kərimli, Cəmil Həsənli və Rüstəm İbrahimbəyov Qərb və Ermənistanın maraqlarına xidmət edən şəxslərdir. Bu gün Leyla Yunus və digər vətən xainlərinə Ermənistanın nüfuzlu qəzetləri güclü dəstək verir. Bu adamlarla yanaşı Əbülfəz Qurbanlı da Ermənistanın Azərbaycandakı əsas fiqurlarından biridir". ("OLAYLAR" İA)