Prezident İlham Əliyev Lüksemburq hersoqunu təbrik edib
22 İyun 2015 19:48 SiyasətPrezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anrini ölkənin milli bayramı - Böyük Hersoqun təvəllüd günü münasibətilə təbrik edib. AzərTac-ın məlumatına görə, təbrikdə belə deyilir:
"Əlahəzrət,
Ölkənizin milli bayramı - Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim sülh və rifah diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00