AŞPA Azərbaycandakı seçkiləri izləyəcək müşahidə missiyasının tərkibini formalaşdırmaq üçün alt komitə yaradıb
22 İyun 2015 16:37 SiyasətAvropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun Strasburqdakı iclasında Azərbaycanda bu il keçiriləcək parlament seçkiləri ilə bağlı assambleyanın müşahidə missiyasının yaradılması müzakirə olunub. APA-nın Avropa bürosunun xəbərinə görə, toplantıda uzunmüddətli müşahidə missiyasının tərkibinin formalaşdırılması üçün alt komitə yaradılıb. Azərbaycana gələcək missiyanın tərkibini məhz bu komitə müəyyənləşdirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00