“31 Mart və Xocalı soyqırımını törətmiş ermənilər düşmən deyil, bəs nədir”
Siyasi partiyalar Rüstəm İbrahimbəyova etiraz edirlər
22 İyun 2015 16:32 SiyasətMilli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov "The New Times"a müsahibəsində "biz ermənilərlə düşmən deyilik və mütləq barışacağıq" fikri siyasi partiyaların kəskin etirazına səbəb olub. Bununla bağlı mətbuata acıqlama verən BAXCP sədrinin siyasi və ictimai məsələr üzrə müavini Niyaməddin Orduxanlı bildirib ki, Rüstəm İbrahimbəyov və adını "Milli Şura" qoyan təşkilatda olan şəxslər satqınlardı: "Rüstəm İbrahimbəyov və Milli Şurada olan Əli Kərimli Cəmil Həsənli Azərbaycan xalqının milli maraqlarını öz şəxsi maraqlarına satmış adamlardılar. Rüstəm İbrahimbəyov utanmadan bu gün mətbuatda deyir ki, "biz ermənilərlə düşmən deyilik və mütləq barışacağıq". 30 min vətəndaşımızı qətlə yetirən, Azərbaycanın faktiki ərazisinin 20% -ni işğal etmiş, bir milyon vətəndaşını öz evindən didərgin salmış və tarix boyu Azərbaycan dövlətinə və onun xalqına qarşı amansızcasına düşmənçilik edən erməni xalqı neçə düşmən ola bilməz?! 31 mart, Xocalı soyqırımı və digər dəhşətli faicələri bizə yaşadan ermənilər düşmən deyil, bəs nədir?! İndiyə kimi bir erməni görmədik ki, çıxıb desin, türklər bizim düşmənimiz deyil". BAXCP yetkilisi deyib ki, görünür, ermənilər Milli Şurada təmsil olunan üçün düşmən deyil. 2013-cü ildə Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə "Milli Şura" adı qoyulan bu təşkilatın Rusiya tərəfindən yaradıldığını deyən BAXCP yetkilisi deyib ki, bu gün də onların cəmiyyət arasında nüfuzu, hörməti yoxdur: "Cəmil Həsənli bu yaşına kimi 3-4 partiya dəyişib. Ancaq şəxsi maraqlarını güdüb. Əli Kərimlinin xəyanət etmədiyi adam qalmayıb. Bu cür adamlar təbii ki, erməniləri düşmən görmürlər. Satqınların milli kimliyi olmur. Rüstəm İbrahimbəyov erməni diasporasına və onları müdafiə edən şəxslər üçün yaxşı təbliğat vasitəsi yaratdı. Ermənilər bundan da istifadə edəcəklər. Bütün dünyaya göstərəcəklər ki, baxın, Azərbaycan da müxalifət qurumunun rəhbəri olan İbrahimbəyov erməniləri düşmən görmür".