Ermənilər Qarabağı yandırırlar
Fəallar meşə zolağında baş verən yanğınların şəkillərini çəkərək sosial şəbəkəyə yerləşdiriblər
19 İyun 2015 15:25 SiyasətErmənistan ordusu işğal etdiyi Zəngilan və Cəbrayıl rayonlarında meşələrə od vurublar. ANS PRESS-in məlumatına görə, bu barədə sosial şəbəkədə İran Azərbaycanının Xudafərin rayonundan olan fəallar məlumat yayıblar. Fəallar Arazın şimal sahillərində baş verən yanğınların şəkillərini çəkərək sosial şəbəkəyə yerləşdiriblər. Yayılan məlumatda deyilir ki, əsasən Araz qırağında olan meşə zolağı yandırılır. Meşə zolağı Havuslu, Xudafərin, Xələfli və Qumlaq kəndlərinin ərazisinə düşür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00