Novruz Məmmədov: Hər tərəfdən müxtəlif xarakterli təzyiqlərə məruz qalırsansa, deməli ölkə düzgün yolla irəliləyir

Əgər kiçik müsəlman ölkəsisənsə, zənginsənsə milli və dövlətçilik maraqlarını qorumaq çox çətin olur. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində yazıb. PA rəsmisi bildirib ki, müstəqil xarici siyasət həyata keçirmək istəyirsənsə, bu, qeyri-mümkün olur. N.Məmmədov qeyd edib ki, amma hər tərəfdən müxtəlif xarakterli təzyiqlərə və hücumlara məruz qalırsansa, deməli ölkə düzgün yolla irəliləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00