“Cəmil Həsənli Milli Şuradan çıxmaq istəyir” – Mirzə Sakit
18 İyun 2015 18:12 Siyasət"Cəmil Həsənlini qaragüruh yığnağı olan Milli Şuradan çıxarmaq lazımdır". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə satirik şair, "Azadlıq" qəzetinin keçmiş əməkdaşı Mirzə Sakit çıxış edib. "Professor Cəmil Həsənli tariximizin gözəl araşdırmaçılarından biridir, onun bu sahədə yüzlərlə monoqrafiyaları və elmi əsaslarla sübut olunmuş əsərləri var. Biz çalışmalıyıq ki, hörmətli Cəmil müəllimi hər zaman qoruyaq və onun təxtibatlara uymamağının qarşısını almalıyıq. Ona görə də elliklə cəhd edib Cəmil müəllimin o qaragüruh və mənasız qurum və əcinnə-şəyatin yığnağı olan Milli Şuradan uzaqlaşmasına cəhd etməliyik. İnanın ki, bunu Cəmil müəllimin özü də istəyir, sadəcə o kişi bataqlığa düşüb, qoca kişidir nə qədər hıqqanırsa da çıxa bilmir, təcili olaraq onu o bataqlıqdan çıxartmalıyıq. Yeri gəlmişkən, Cəmil müəllimi o bataqlıqdan dartıb çıxardanda kəndirin bir ucunu da Gültəkin Hacıbəylinin qoluna keçirdib onu da Cəmil müəllimə qoşub çıxardın ordan, göyçək qızdır, qoy gedib ömrünü yaşasın", - deyə M. Sakit qeyd edib.