“Həsənov Cəmilə elə bir “sillə” vuracam ki, dadı damağından getməyəcək” – Hafiz Hacıyev

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Milli Şura sədri Cəmil Həsənlinin "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə söz davasında adının hallandırmasına münasibət bildirib. Bu barədə "Olaylar"a danışan H. Hacıyevin sözlərinə görə, C. Həsənlinin çətiri altına keçmək istəyində olan bəzi insanlar onu tənqid etməyə başlayıblar: "Heydər Əliyevin çörəyini yeyib ona xəyanət edənlər də məni hədəf alıblar. Azərbaycan xalqına xəyanət edən səfir Arif Məmmədov da mənim adımı çəkdi. Bunlar məni sevindirir, çünki onlar Hafiz Hacıyevi qarşılarında maneə kimi görürlər. Azərbaycana xəyanət edib xarici ölkələrə qaçanların hamısı bir yerə yığılıb özlərini "Azərbaycan "hakimiyyəti" adlandırırlar. Onların Azərbaycandakı sözçüləri Həsənov Cəmildir. Həsənov Cəmil həmişə ilin bu vaxtları geyişməyə başlayır. Bu gün o, Rauf Arifoğlu ilə başlatdığı yersiz polemikada məni və baş redaktoru təhqir edir. Həsənov Cəmil polemikaya dözümsüzdür. Bunun rəhbərlik etdiyi qurumdakı adamların hamısı ölkəyə xəyanət etmiş adamlardır. Nə Həsənov Cəmil, nə də onu qabağa itələyənlər məni susdura bilməyəcəklər. Mən həmişə dövlət başçısı İlham Əliyevin yanında olacam. Mənə çox ciddi məlumat daxil olub ki, onlar xarici ölkələrdəki erməni diasporundan məni susdurmaq haqqında ciddi tapşırıq alıblar. Müəyyən xarici kəşfiyyat orqanları, Kərimov Əlinin, Həsənov Cəmilin tör-töküntüləri məni izləyirlər. Bunlardan qorxmuram, axıra qədər də öz sözümü demişəm və sona kimi də öz sözümün ağası olacam. Erməni diasporu ilə bunlar Azərbaycanı gözdən salmaq üçün bütün var-yoxlarını ortaya qoyublar. Həsənov Cəmilə bir ismarıcım var, çox geyişmə, geyişsən qan çıxaracam, onda biləcəksən ki, Hafiz Hacıyev kimdir. Əvvəl vurduğum siyasi sillənin yarası hələ sağalmayıb. Bu dəfə elə bir siyasi sillə vuracam ki, heç vaxt dadı damağından getməyəcək. Onlardan fərqli olaraq, Hafiz Hacıyev dövlətçiliyin qorunmasında canını ortaya qoymuş bir adamdır. Həsənov Cəmilə buradan axırıncı sözümü deyirəm, mən sənə bu günədək bir kəlimə söz deməmişdim. İndi mənimlə yeni cəbhə açmaq istəyirsənsə, mən hazıram. Sənin səviyyəndə yox, daha samballı səviyyədə mübarizə aparmağa Hafiz Hacıyev hazırdır. Amma, indidən sifariş aldığı dairələrə bildirməlidir ki, Hafiz Hacıyevlə mübarizə parmağı bacarmır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00