Novruz Məmmədov: Avropa Parlamentində bəzi dairələr öz məkrli Oyunlarından əl çəkmirlər

"Çox maraqlıdır, Azərbaycan möhtəşəm Avropa Oyunlarının açılışını edib və davam etdirir, amma Avropa Parlamentində isə bəzi dairələr öz məkrli Oyunlarından əl çəkmirlər".

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində bildirib.

N.Məmmədov deyib: "Sanki özlərində heç bir problem yoxdur, Azərbaycanın "dərdini" çəkmək üçün dəridən qabıqdan çıxırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00