Rumıniya baş naziri Bakıya gəlib

Birinci Avropa Oyunlarının açılış mərasimində Rumıniya baş naziri Viktor Ponta da iştirak edəcək. APA-nın məlumatına görə, V. Ponta bu məqsədlə Azərbaycana gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda Rumıniya baş nazirini Azərbaycan Xarici İşlər Nazirliyinin və "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00