Azərbaycan və Rusiya parlamentlərarası əməkdaşlığı müzakirə edəcək
12 İyun 2015 15:32 SiyasətSabah Bakıda Azərbaycan və Rusiya arasında parlamentlərarası əməkdaşlıqla bağlı dəyirmi masa təşkil olunacaq. Trend-in məlumatına əsasən, bu barədə Bakıda səfərdə olan Rusiya nümayəndə heyətinin mətbuat katibi Andrey Fadeyev deyib. Tədbirdə azərbaycanlı və rusiyalı deputatlar, ekspertlər iştirak edəcəklər. Dəyirmi masa çərçivəsində iştirakçılar Rusiya-Azərbaycan münasibətləri, həmçinin parlamentlərarası ekspert əməkdaşlığı ilə bağlı məsələləri müzakirə edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00