İlham Əliyev İrakli Qaribaşvilini qəbul edib
11 İyun 2015 17:30 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini iyunun 11-də qəbul edib. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin önəmi qeyd edildi və bu tədbirin beynəlxalq əməkdaşlığın gücləndirilməsi işinə xidmət edəcəyi bildirildi. Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00