Ceyms Uorlik: “Danışıqları davam etdirməyin vaxtıdır”
11 İyun 2015 12:14 Siyasət"Münaqişənin sülh yolu ilə həll olunması üçün danışıqları davam etdirməyin vaxtıdır". APA-nın xəbərinə görə, bunu Ermənistanda səfərdə olan ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində yazıb. Diplomat münaqişənin sülh yolu ilə həlli üçün atəşkəsi pozmamağın vacibliyini də qeyd edib.
Xatırladaq ki, C. Uorlik və Minsk Qrupunun digər həmsədrləri I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00