Ceyms Uorlik Avropa Oyunlarında iştirak edəcək Ermənistan idmançıları ilə görüşüb
10 İyun 2015 17:12 SiyasətErmənistanda səfərdə olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Bakıda keçiriləcək Avropa Oyunlarında bu ölkəni təmsil edəcək idmançılarla görüşüb. APA-nın "Armenia Today" saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin "Twitter" səhifəsində bildirilib. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00