İsa Qəmbərin qardaşından Arif Hacılıya sərt ittiham

Rövşən Qəmbər: “Cavab verin”

Dünya Azərbaycanlıları Məclisinin sədri, keçmiş müsavatçı Rövşən Qəmbər (sabiq Müsavat başqanı İsa Qəmbərin qardaşı) Müsavat Partiyası rəhbərliyinə müraciət ünvanlayıb. Müraciətdə deyilir: "Əgər bu günkü Müsavat Partiyası "Hüquqi Təşkilardırsa" xahiş edirəm mənə bir həftə ərzində yazılı rəsmi cavab verilsin və Yasamal Rayon Təşkilatının sədrinə və fəallarına təqdim olunsun. Xahiş edirəm, Rəsulzadənin davamçıları diqqət etsinlər ki, gerçək və ədalət bərqərar olsun və Arif Hacılı mənim partiyadakı vəziyyətimə aydınlıq gətirsin və mənim üzvlüyümü bərpa etsin. Son qurultayda 2014 sentyabrda kimin namizədliyini müdafiə etmək niyyətində olduğumu nə qədər ki, bildirməmişdim Avropadakı müsavatçıların ağsaqqal təmsilçilərindən sayılırdım. Elə ki, Qubad İbadoğlunu müdafiə etdeiymi bildirdim, mənə Arif Hacılının tərəfdarları çox pis münsaibət göstərməyə başladılar. Amma xatırlatsaydılar yaxşı olardı. 2010-cu ildə Berlində və Podstam şəhərlərində keçirilən bütün tədbirlərdə fəal iştirak etmişəm və Avropadakı ən fədəkar müsavatçı İlham Həsənin maddi və mənəvi dəstəyini özümə qarşı hiss etmişəm, çünki İlham bəylə birlikdə son 19 ildə Almaniyada, Avropada və dünyada Azərbaycanın, əsasən də Qarabağ probleminin həllində xalqımızın mənafeyinə uyğun olan bütün tədbirlərdə maksimum səmərəli işbirliyini qurmağa çalışmışıq. Gülağa Aslanlı çox asanlıqla olmuş hadisə kimi KİV-ə xəbər ötürür ki, Rövşən Qəmbər 2009-cu ildə partiyadan çıxıbdır. Bəs, partiyadan çıxarılıbsa, keçmiş müsavatçıya bir təşəkkür etməzlərmi ki, test üsulu kimi tanınmış islahata etdiyiniz təşəbbüsə görə, Müsavat Partiyasına birləşmiş Azərbaycan Ana Torpaq Partiyasının sədri kimi və Dünya Azərbaycanlıları Məclisinin sədri kimi fəaliyyətinizə görə də təşəkkür etməyə iki cümlə deyə bilməzdilərmi? Bəs necə oldu, "2011-ci ildə Almaniyadakı müsavatçılardan kimlər Müsavat Partiyasının 100 illiyi münasibətilə fəxri fərmanla təltif olunmalıdır" gündəminə həsr olunmuş tədbirdə mən ağsaqqal kimi təklif etdiyim fəallar mükafat aldılar. Əgər 2009-cu ildə partiyadan çıxarılmışamsa, mənə protokoldan çıxarış verilməliiydi. Əgər bu günkü Müsavat Partiyası "Hüquqi Təşkilardırsa" xahiş edirəm mənə bir həftə ərzində yazılı rəsmi cavab verilsin və Yasamal Rayon Təşkilatının sədrinə və fəallarına təqdim olunsun". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00