Ərdoğan Bakıya ikigünlük səfərə gəlir
10 İyun 2015 16:03 SiyasətSəfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 12-də Bakıya ikigünlük işgüzar səfərə gələcək. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazıb. Bildirilir ki, dost ölkənin dövlət başçısı və onu müşayiət edən dövlət və hökumət nümayəndələri Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının təntənəli açılış mərasimində iştirak edəcək. R.T.Ərdoğanın iki gün davam edəcək səfəri çərçivəsində Prezident İlham Əliyev, həmçinin "Bakı-2015" mərasimlərinə qatılacaq digər xarici ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00