Azərbaycandakı real vəziyyət avropalı deputatlara çatdırılacaq

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 22-26-da keçiriləcək yay sessiyasında Azərbaycanda demokratik institutların fəaliyyətinə dair müzakirələr keçiriləcək". Bunu deyən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın sözlərinə görə, müzakirələrdə fərqli yanaşmaların olacağını şübhəsizdir: "Azərbaycandakı real vəziyyəti bilən həmkarlamız kifayət qədər çoxdur və onlar da mövzu ilə bağlı çıxış edəcəklər. Azərbaycandakı həqiqi vəziyyət ortaya qoyulacaq". Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti tərəfindən də çıxışlar olacaq və bütün məsələlər işıqlandırılacaq: "Azərbaycanda demokratik proseslərin, ümumiyyətlə, vətəndaş cəmiyyətinin inkişafı və gedən proseslərlə bağlı məlumat veriləcək. Nümayəndə heyəti real vəziyyəti avropalı həmkarlarımıza çatdıracaq". Qeyd edək ki, müzakirə zamanı AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski Azərbaycana dair məruzə təqdim edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00