KXCP-də yeni təyinatlar

KXCP Qaradağ rayon şöbəsinin növbəti konfransı keçirilib. Konfransda rayon şöbəsinin rəhbər orqanları yenidən formalaşıb, KXCP üçüncü qurultayına nümayəndələr seçilib. Zöhrab Vəlibəyli Qaradağ rayon şöbəsinin sədri, Tamara Eyvazlı KXCP Ali Məclisinin üzvü seçilib, şöbənin Nəzarət Təftiş Komissiyası və özək təşkilatlarının sədrlərindən ibarət Məclis formalaşdırılıb. Konfransda KXCP-nin parlament seçkiləri ilə bağlı mövqeyi və "Azadlıq-2015" seçki blokunu yaradılması ilə bağlı fəaliyyəti müsbət qiymətləndirilib. Konfransda KXCP QHTK-nin üzvləri Aydın Mədətoğlu, Xəzər Teyyublu, AXP sədri Pənah Hüseyn və digər qonaqlar iştirak ediblər. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00