Fransa səfiri: “Bako Saakyanın Fransaya səfəri rəsmi xarakter daşımayıb”
“Mövqeyimizi Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova çatdırmışam”
5 İyun 2015 13:04 Siyasət"Biz Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanımırıq. Bako Saakyanın Fransaya səfəri rəsmi xarakter daşımayıb. Dünən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşəm və Fransanın mövqeyini onun diqqətinə çatdırmışam". APA-nın xəbərinə görə, bu sözləri Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanın Fransaya səfəri ilə bağlı sualı cavablandıran bu ölkənin Azərbaycandakı səfiri Paskal Mönye deyib. P. Mönye ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə nə vaxt səfər edəcəkləri barədə dəqiq məlumata malik olmadığını söyləyib. Xatırladaq ki, Azərbaycan B. Saakyanın Fransaya səfəri ilə əlaqədar bu ölkəyə etiraz notası göndərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00