Elmar Məmmədyarov Moldova səfiri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Moldovanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri İqor Bodiunu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı E.Məmmədyarov İ.Bodiuya fəaliyyəti dövründə Azərbaycan və Moldova arasında münasibətlərin daha da inkişafına verdiyi töhfəyə görə təşəkkür edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00