Müasir Müsavat Partiyası Parlament seçkilərinə gedir

Müasir Müsavat Partiyası noyabr ayında Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak edəcək. Bu barədə MMP sədri Hafiz Hacıyev "Olaylar"a məlumat verib. H. Hacıyev seçkilərə qatılmaq barədə partiyanın Siyasi Şurasının qərarının olduğunu da açıqlayıb. MMP-nin seçkilərə tamamilə hazır olduğunu diqqətə çatdıran partiya sədri, artıq seçkilərdə iştirak edəcək namizədlərin adlarının da bəlli olduğunu vurğulayıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00