Müsavat bütün resurslarını itirir

Müsavat partiyasından istefalar davam edir.  Məlumata görə, partiyanın daha 11 üzvü istefa verib. Bunlar Lyudmila Ağayeva - (Nərimanov RT-nın üzvü),  Nəzakət Muradova (Cəbrayıl RT-nın üzvü), Gülnar  Mütəllimova (Nizami RT-nın sədr müavini, şura üzvü),  Südabə Kərimova (Nizami RT-nın üzvü, şura üzvü), Xalidə Qurbanova  (Səbail RT-nın üzv),  Sevinc İskəndərova (Səbayel RT-nın üzvü,  şura üzvü), Xatirə  Abdullayeva (Suraxanı RT-nın üzvü, şura üzvü), Ulduza Hüseynova (Suraxanı RT-nın üzvü),  Nüşabə Novruzova  (Suraxanı RT-nın üzvü),  Vəfa Əhmədova (Suraxanı RT-nın üzvü)  və Həbibə Bayramova ( Suraxanı RT-nın üzvü)dir.  Bu şəxslərin istefası haqqında məlumatı mətbuata partiyanın Qadınlar Birliyinin sabiq sədri Ellada Məmmədli ötürürüb. Bu o deməkdir ki, isrefa verənləri də bu işə Ellada Məmmədli təhrik edib.  Bu, tanınmış şair Məmməd İsmayılın istefasından sonra Müsavata ikinci  zərbədir.  İsa Qəmbər, Arif Hacılı mətbuatdan qaçır, baş verənlərə reaksiya vermirlər. Onların əvəzinə danışan Elman Fəttah, Mustafa Hacılbəyli və mühacirətdə olan Yaşar Cəfərli məsələni "yoruldular, sındılar, sona qədər mübarizə apara bilmədilər" kimi yozmağa cəhd edirlər. Partiyanın təbliğat maşınının özünü qorumaq üçün bu cür tezislərdən istifadəsi təbiidir. Ancaq bu yanaşma doğru deyil və hamını ucdantuma satılmaqda suçlandırmaq olmaz. Türkiyədə yaşayan və heç bir siyasi iddiası olmayan Məmməd İsmayıl haqqında "yoruldu", "satıldı" demək ən azı ədalətsizlikdir. Eləcə də Vurğun Əyyub, Hikmət Hacızadə, Mehman Cavadoğlu haqqında . Bu ittihamlar Qubad İbadoğlu, Səxavət Əlisoy haqqında səslənsə az da olsa inandırıcı görünə bilər. Çünki bu şəxslər birbaşa İsa Qəmbəri hədəfə alıblar. Ancaq digər şəxslər yeni başqanı lider kimi qəbul etmirlər, Arif Hacılının birləşdirici fiqur olmamasına etiraz edirlər. İsa Qəmbər ziyanın yarısından qayıtmalı, 6 ayın tamamında partiyanın dağılmasını durdurmalı, yeni qurultay çağırıb ortaq bir fiqurun başqan olmasına çalışmalı idi. Bunu etmədilər. "Kim gedirsə, getsin, qalırsa qalsın, qalanlarla yola davam" prinsipi ilə illərini Müsavat vermiş insanların istefasına laqeyd yanaşıldı. Nəticə budur: artıq ictimai rəydə bütün resursları dağılmış Müsavat partiyasının ciddi partiya imici qalmayıb. Siyasi ekspertlər Arif Hacılının başqan olduğu Müsavatın qardaşı Vaqif Hacıbəylinin Əhrar partiyası boyunda kiçiləcəyini hesab edirlər. Görünür, İsa Qəmbər-Arif Hacılı tandeminə möhürlü, qərargahlı, müəyyən xarici əlaqələrə malik olan cırtdan partiya sərf edir. Onlar Müsavatı belə görmək istəyirlər. Narazılara gəlincə, onların Müsavat adı uğrunda savaşmayacaqları bəllidir. Hər halda onlar Müsavatın qara piar maşının hədəfinə gəlmək istəmirlər. Bu günlərdə narazılardan birinin mətbuata verdiyi açıqlamdan belə bəlli olur ki, ADR-çilər Müsavatın elektoratını dağıtmaq, Müsavatın sosial bazası hesabına özlərinə partiya qurmaq niyyətindədirlər. Bu baxımdan Müsavatdan istefa verənlərin Qubad İbadoğlunun rəhybərlik etdiyi Azərbaycan Demokratiya və Rihaf Hərəkatına üzv olacağı  şübhəsizdir.

Ərhun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00