“Müsavat rəhbərliyi siyasət tarixinə ləkə saldı” – Qubad İbadoğlu
4 İyun 2015 12:28 SiyasətADR Hərəkatının sədri Qubad İbadoğlu Müsavat Partiyası Qadınlar Təşkilatının özünü buraxması barədə məsələyə münasibətini açıqlayıb."Mən Müsavat partiyasından istefa verən xanımlarımızın nə qədər çətin bir qərar qəbul etdiklərinin fərqindəyəm. Onlar siyasi mübarizəyə sərf etdikləri uzun bir yolun sonunun bu cür yekunlaşacağını təsəvvür belə etməzdilər. Çünki, ən məsuliyyətli zamanlarda çətinliklərə sinə gələn müsavatçı xanımlar həmişə müasir Azərbaycan cəmiyyəti üçün örnək olub, demokratiya uğrunda öz ləyaqətli və peşəkar mübarizələri ilə təmsil etdikləri partiyanın adını ucalqıb, ona şərəf gətiriblər. Çox təəssüf ki, Müsavat partiyasınının indiki rəhbərliyi xanımlara layiq olduqları dəyəri vermək əvəzinə, onları partiyadan uzaqlaşdırmaq xəttini götürdülər və buna nail olmaqla siyasət tarixinə daha bir ləkə saldılar" - deyə Q. İbadoğlu qeyd edib. ("OLAYLAR" İA)