AXCP-də daha bir istefa

AXCP-in Sumqayıt şəhər şöbəsinin üzvü Habil Qasımzadə istefa verib. O, bu barədə özünün "Facebook" profilində yazıb: "Burdan bütün məni tanıyanlara və mediaya səslənirəm. Bilirəm ki, bu bəyanatımdan sonra məni də məndən əvvəl bunu edənləri etdikləri kimi keçmiş partiya (AXCP) yoldaşlarım tənqid və təhqir edəcəklər. Məhz bu səbəbdən də dostlarımdan və mediadan dəstək gözləyirəm. Mən Qasımzadə Məsmalı Habil oğlu, AXCP Sumqayıt şəhəri şöbəsi üzvü kimi rəsmi olaraq bildirirəm ki, bu andan etibarən AXCP partiyası sıralarından istefa verirəm. Və qeyd edirəm ki, bu addımıma xüsusi səbəb kimi partiyadakı ayrı-seçkilik və milli mentalitetimizə uyğun olmayan davranış qaydalarıdır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00