İvitsa Daçiç: “Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT üçün çox vacib məsələdir”

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyəti ilə İctimai Birliyinin İdarə heyətinin üzvləri və İcma rəhbəri Bayram Səfərov arasında  görüş keçirilib. "OLAYLAR"-a verilən məlumata görə, görüş zamanı İctimai Birliyinin İdarə heyətinin sədri, İcma rəhbəri Bayram Səfərov ilk öncə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırki durumu haqqında geniş məlumat verib. İcma rəhbəri münaqişənin həlli ilə bağlı iyirmi ildir ki, cəhdlər edən bir sıra beynəlxalq qurumların ikili standartlara yol verdiyini və münaqişənin həllində qətiyyətli mövqe göstərmədiklərini diqqətə çatdıraraq vurğulayıb ki,  bu münaqişə yalnız Azərbaycanın arazi bütövlüyünün təmin olunması şərti ilə həll oluna bilər. ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həlli ATƏT üçün çox vacib məsələdir. ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb ki,  Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsi üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi çox zəruridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00