Sabiq AXCP üzvü Əli Kərimlini ittiham etdi

“Təşkil olunmuş hər mitinqə görə xaricdən pul alır”

AXCP Nəsimi rayon şöbəsinin keçmiş üzvü Ülkər Kazımova AXCP sədri Əli Kərimli haqqında maraqlı faktlar ortaya qoyub. Bu barədə "movqe.az"a açıqlamasında Ü. Kazımova partiya daxilində demokratiyanın olmadığını deyib: "Əli Kərimlinin özü birbaşa diktatordur. Əli Kərimli təşkil olunmuş hər mitinqə görə xaricdən pul alır. Hazırda partiya sıralarında olan hər bir gəncə Əbülfəz Qurbanlı vasitəsi ilə 400 manat pul verir. Bunu mənə Bəyimxanım Vəliyeva deyib. Nə qədər verildiyini bilmirəm, ancaq Bəyimxanım hər mitinqə görə "10 paçka" dollar verildiyini deyir. Bu vəsaiti Əli Kərimliyə Azərbaycana gələn turist vasitəsi ilə verirlər. Yaxud da Londonda oğluna çatdırırlar. Bundan başqa, Əli Kərimli sürücüsünə 1000, şəxsi mühafizəçilərinə isə ayda 400 manat əmək haqqı verir". Xatırladaq ki, AXCP Nəsimi rayon şöbəsinin üzvü Ülkər Kazımova mayın 29-da ona qarşı haqsızlıqlara etiraz olaraq partiyadan istefa verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00