AŞ PA-nın yaz sessiyasında Azərbaycanla bağlı hesabat təqdim olunacaq
2 İyun 2015 15:40 SiyasətAvropa Şurası Parlament Assambleyasının yay sessiyası 22-26 iyun tarixlərində Strasburqda keçiriləcək. Bu barədə AŞPA-nın rəsmi saytı məlumat yayıb. Sessiyanın ilk günü Assambleyanın vitse-prezidentləri seçiləcək, komitələri tərkibində dəyişiklik ediləcək. Həmçinin Büro və Daimi Komitənin tərəqqi hesabatları təqdim olunacaq. Bundan başqa, Türkiyədə iyunun 7-də keçiriləcək parlament seçkilərində aparılan müşahidənin nəticələri müzakirə olunacaq, Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Tsrnadak çıxış edəcək. İyunun 23-də isə BMT baş katibi Pan Gi Mun və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Federika Moqerinin çıxışı nəzərdə tutulub.Həmin gün Azərbaycanda demokratik institutların fəaliyyətinə dair müzakirələrin keçirilməsi planlaşdırılıb. Həmçinin AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski Azərbaycana dair məruzə təqdim edəcəklər. Sessiya çərçivəsində Rusiya nümayəndə heyətinin AŞPA-da iştirakı, dəyişən media mühitində media məsuliyyəti və etika məsələləri də diqqətdə olacaq.